EN

Cənubi Koreyanın sabiq prezidenti KXDR-ə köməkdə ittihamOLUNUR

Cənubi Koreya prokurorluğu ölkənin sabiq prezidenti Yun Sok Yola qarşı hakimiyyətdən sui-istifadə və düşmən dövlət — Koreya Xalq Demokratik Respublikasına (KXDR) yardım etmək ittihamı irəli sürülüb.

Redaktor.az xəbər verir ki, bu barədə Koreyanın “Yonhap” agentliyi məlumat yayıb.

İstintaqın versiyasına görə, sabiq prezident 2024-cü ilin oktyabrında KXDR-in paytaxtı Pxenyana pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirilməsi barədə göstəriş verib. Məqsəd Şimali Koreyanı hərbi əməliyyatlara təhrik etmək və bununla ölkədə fövqəladə vəziyyət — hərbi vəziyyət elan etmək üçün əsas yaratmaq olub.

Məlumata görə, göndərilən PUA Pxenyan yaxınlığında qəzaya uğrayıb və bu hadisə nəticəsində hərbi sirlər sızıb.

Eyni ittihamlar sabiq müdafiə naziri Kim Yon Xyenə və Silahlı Qüvvələrin Əks-kəşfiyyat Komandanlığının keçmiş rəhbəri Yo İn Xyenə qarşı da irəli sürülüb.

Chosen
21
5
redaktor.az

6Sources