EN

Aybəniz Haşımovanın böyük sevinci FOTO

ain.az, Moderator.az saytına istinadən bildirir.

“Sevincimin həddi-hüdudu yoxdur! Amerikada keçirilən böyük səs yarışmasında iki tələbəm Milana Nəbiyeva və Tamara Əzizova qalib olub!”

Moderator.az-ın məlumatına görə, bunu Əməkdar artist Aybəniz Haşımova bildirib.

Sənətkar qeyd edib ki, tələbələrinin bu uğuru onun üçün sadəcə bir müəllim kimi deyil, həm də Azərbaycan musiqisinin, incəsənətinin layiqincə təmsil olunmasının göstəricisidir: “Bu münasibətlə mən də peşəkar səviyyədə tələbələr yetişdirdiyimə görə böyük bir diplomla təltif olundum. Tələbələrim artıq təkcə Azərbaycanda deyil, dünyanın hər yerində Vətənimizi şərəflə təmsil edirlər. Nə yaxşı ki, mən Azərbaycanlıyam! Nə yaxşı ki, belə istedadlı gənclər yetişdirə bilirəm və musiqimizə öz töhfəmi verirəm.

Yeni uğurlarımız barədə yaxın günlərdə daha geniş paylaşacağam.Təbriklər, Azərbaycan!”, - Aybəniz Haşımova sevincini bu sözlərlə bölüşüb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
2
2
moderator.az

3Sources