EN

Bazarda hamı bu meyvəni soruşur KONKRET

Konkret.az saytından alınan məlumata görə, ain.az bildirir.

Son günlər bazarlarda feyxoa bolluğu müşahidə olunur. Həm dadı, həm də sağlamlığa təsiri ilə seçilən bu meyvə mövsümün ən çox satılan məhsullarından biridir.

KONKRET.az yenisabah-a istinadən sözügedən meyvənin insan orqanizminə faydalarını araşdırıb.

Mütəxəssislər bildirirlər ki, feyxoa orqanizm üçün çox xeyirlidir. Onun tərkibindəki yüksək lif bağırsaqların fəaliyyətini tənzimləyir, həzm sistemini gücləndirir və qəbizliyin qarşısını alır. Kaliumla zəngin olduğu üçün qan təzyiqini normallaşdırır, ürək-damar sistemini qoruyur.

Feyxoa həmçinin güclü antioksidant hesab olunur. C və B qrupu vitaminləri sayəsində immuniteti möhkəmləndirir, sinir sistemini sakitləşdirir, dərinin və saçların sağlamlığına müsbət təsir göstərir. Mütəxəssislər qeyd edirlər ki, feyxoa yod baxımından da zəngindir və qalxanvari vəz funksiyasını dəstəkləyir. Bu səbəbdən, xüsusən yod çatışmazlığından əziyyət çəkən şəxslərə bu meyvəni rasionlarına daxil etmək tövsiyə olunur.

Lakin həkimlər xəbərdarlıq edirlər ki, şəkərli diabet və piylənmədən əziyyət çəkən şəxslər feyxoanı çox yeməsinlər. Meyvənin tərkibində şəkər miqdarı nisbətən yüksək olduğundan artıq qəbulu məsləhət görülmür. Tireotoksikozu (qalxanvari vəzin həddindən artıq aktivliyi) olan insanlar da diqqətli olmalıdırlar.

Mütəxəssislər feyxoanı təzə halda, həmçinin şirə və ya mürəbbə kimi istifadə etməyi tövsiyə edirlər. Onların fikrincə, bu meyvə payızın soyuq günlərində orqanizmi xəstəliklərdən qorumağın ən dadlı yollarından biridir.

Hazırda paytaxt bazarlarında feyxoanın bir kiloqramı orta hesabla 1,5 – 1,7 manat arasında dəyişir. Mövsümün əvvəlində qiymətlər bir qədər yüksək olsa da, məhsul bolluğu səbəbindən son günlər eniş müşahidə edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
8
7
konkret.az

8Sources