EN

Yaponiyada dalbadal iki güclü zəlzələ oldu

Yaponiya sahillərində bu gün 6,0 bal gücündə dalbadal iki zəlzələ qeydə alınıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
 
Məlumata görə, yeraltı təkanların episentri təxminən 51 min əhalisi olan Miyako şəhərindən 128 kilometr şərqdə yerləşib.
 
Zəlzələnin ocağı 20 kilometr dərinlikdə olub.
 
İtki və dağıntı barədə məlumat yoxdur. Sunami təhlükəsi bildirilməyib.
 
Xatırladaq ki, noyabrın 9-da da Yaponiyanın şimal-şərqində güclü zəlzələ baş verib.
 
Chosen
52
36
moderator.az

10Sources