EN

Azərbaycan UNESCO komitəsinə üzv seçilib

Azərbaycan 2025-2029-cu illər üçün "Mənşə ölkələrinə mədəni əmlakın qaytarılmasının və ya qanunsuz mənimsənildiyi hallarda onun bərpasının təşviqi üzrə Hökumətlərarası Komitə"yə (ICPRCP) üzv seçilib.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "Facebook" hesabında paylaşım edilib.

"Bu seçki Azərbaycanın mədəni irsin qorunması və bərpası istiqamətindəki prinsipial mövqeyinə və beynəlxalq səviyyədə fəal təşəbbüslərinə verilən yüksək qiymət kimi dəyərləndirilir", - deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, bu barədə qərar Səmərqənddə keçirilən UNESCO-nun Baş Konfransının 43-cü sessiyasında qəbul edilib.

Chosen
11
30
day.az

10Sources