EN

ABŞ-də helikopter qəzası: Ölən və yaralananlar var

ABŞ-nin Tennessi ştatında tibbi helikopterin qəzaya uğraması nəticəsində azı bir nəfər ölüb, daha iki nəfər ciddi xəsarət alıb.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ mediasının məlumatına görə, helikopter Tennessi ştatının Neşvil şəhərinin şərq hissəsində qəzaya uğrayıb.

Helikopterdə olanlardan 1 nəfərin həyatını itirdiyi, 2 nəfərin isə yaralandığı bildirilib.

Rəsmilər hadisənin səbəbinin hələ məlum olmadığını və bununla bağlı araşdırmaya başlandığını açıqlayıblar.

Chosen
44
cebheinfo.az

1Sources