EN

Dünya onu merak edirdi: Fedora Şapkalı Adam ın sirri açıqlandı 15 yaşı var

Qaynarinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Fransanın paytaxtı Parisdə yerləşən Luvr muzeyində baş verən inanılmaz oğurluq hadisəsində diqqətləri çəkən "fedora şapkalı" gəncin kimliyi nəhayət ortaya çıxıb. 

Qaynarinfo xəbət verir ki, hadisə günü "The Associated Press” agentliyinin çəkdiyi fotoda yer alan bu naməlum şəxs, sosial şəbəkələrdə böyük marağa səbəb olmuşdu. Bəziləri onun gizli polis, digərləri isə süni intellekt tərəfindən yaradılmış bir obraz olduğunu düşünürdü. Həqiqət isə bunların heç biri deyildi - "Fedora Şapkalı Adam” sadəcə evində oturub bütün bu xaosu izləyən 15 yaşlı bir uşaq imiş.

Luvrdakı 7 dəqiqəlik oğurluq

Oktyabr ayında Luvr muzeyində Napoleon dövrünə aid qiymətsiz zinət əşyalarının oğurlanması bütün dünyanın gündəminə çevrilmişdi. Yalnız yeddi dəqiqə davam edən bu peşəkar oğurluq, təhlükəsizlik sistemlərindəki boşluqları və rəsmi orqanların acı etiraflarını da üzə çıxarmışdı.

Hadisə zamanı çəkilən bir foto isə oğurluğun özündən daha çox danışıldı. Kadrlarda, 1940-cı illərdən çıxmış kimi görünən gənc bir kişi, gümüşü rəngli avtomobilin önündə dayanan polis əməkdaşlarının yanından keçərkən təsvir olunmuşdu. Qəhvəyi fedora şapka və "Yves Saint Laurent” markalı jilet geyinmiş bu şəxsin kimliyi barədə saysız fərziyyələr irəli sürülmüşdü.

Sosial şəbəkələri qarışdıran sirr

Bir çoxları bu gəncin bir detektiv, hətta reklam kampaniyasının tərkib hissəsi olduğunu iddia etsə də, həqiqət gözlənilməz olub. Fotodakı şəxs, Rambuyed şəhərində yaşayan 15 yaşlı Pedro Elias Garson Delvodır. O, sonradan "The Associated Press”ə verdiyi müsahibədə belə deyib: "Kimliyimi dərhal açıqlamaq istəmədim. Bu, sirrli bir foto idi və o sirri bir az da saxlamaq istədim".

"Məktəbə də bu cür geyinirəm"

Delvo dedektiv personajlardan, xüsusilə "Şerlok Holms” və "Erkül Puaro”dan ilham aldığını deyib. 20-ci əsr modasından təsirlənən gənc, bu geyimin xüsusi kostyum deyil, gündəlik həyat tərzinin bir hissəsi olduğunu bildirib: "Zərif geyinməyi sevirəm. Məktəbə də bu cür gedirəm".

Lakin o, fedora şapkanı hər gün taxmadığını da vurğulayıb: "Şapka yalnız bayram günlərində, həftə sonları və muzey ziyarətlərində başımda olur".

Delvonun "Instagram” hesabında paylaşdığı fotolar onun dəblə bağlı fərqli zövqünü nümayiş etdirir.

"Sadəcə oradan keçirdim"

Hadisə günü Delvo ailəsi Louvru ziyarət etmək istəsə də, muzeyin qapıları bağlı olub. Onlar nə baş verdiyini anlamadan polislərə yaxınlaşıblar. Məhz həmin an AP fotoqrafı Tibo Kamü gənci təsadüfən çəkib.

Delvo həmin anı belə xatırlayır: "Foto çəkildiyindən xəbərim yox idi. Sadəcə oradan keçirdim".

Bir neçə gün sonra internetdə milyonlarla dəfə paylaşılan bu fotonu görəndə özü də təəccüblənib. "İnsanlar kim olduğumu tapmağa çalışırdı. Yaşımı dedikdə isə hamı heyrətə gəlirdi. İndi sadəcə filmdə oynamaq təklifi gəlməsini gözləyirəm. Bu, olduqca gülməli olardı", deyə o, gülərək danışıb.

Anasından gələn ilham

Pedro Eliasın anası Felisite Qarson Delvo bir kurator və rəssam ailəsində böyüyüb. O, oğlunun sənətə olan marağını uşaqlıqdan təşviq etdiyini bildirib: "Sənət və muzeylər bizim üçün həyat məkanlarıdır. Sənətsiz həyat, həyat deyil".

Nə baş vermişdi?

19 oktyabr səhəri yerli vaxtla saat 9:30 radələrində dörd nəfərlik maskalı qrup Luvrun Apollo Qalereyasına daxil olaraq Napoleon və həyat yoldaşı Jozefin Bonapartın zinət kolleksiyasına aid doqquz qiymətli əşyanı oğurlayıb. Cəmi yeddi dəqiqə davam edən bu planlı hücum zamanı cinayətkarlar qaçarkən yalnız bir tacı geridə qoyublar. Hadisə ilə əlaqədar dörd nəfər saxlanılıb, lakin zinət əşyalarının əksəriyyəti hələ də tapılmayıb.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
32
qaynarinfo.az

1Sources