EN

Yuanıstanın baş nazirinin Atatürk heyranlığı

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu gün Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün anım günüdür.

Atatürk Nobel Sülh mükafatına namizəd göstərilmişdi

Yuanıstanın baş naziri Elefterios Venizelos 1934-cü ildə Norveç Nobel Komitəsinə göndərdiyi məktubda bu sözləri yazmışdı:

“Hörmətli sədr! Təxminən yeddi əsrdən bəri Yaxın Şərq və Orta Avropa qanlı müharibələrə səhnə olmuşdur. Mustafa Kamal Paşanın milli hərəkatının öz rəqiblərinə qalib gəlməsindən sonra qurulan Türkiyə Cümhuriyyəti bu qeyri-müəyyənlik və qeyri-tolerantlıq mühitinə son qoymuşdur.

Bir millətin həyatında bu qədər qısa müddətdə bu qədər köklü dəyişikliyi həqiqətən nadir şəkildə reallaşdırmaq mümkün olmuşdur.

Teokratik bir rejim altında yaşayan, “hüquq” və “din” məfhumlarının bir-birinə qarışdığı çökmüş haldakı imperiya tamamilə həyat və dinamizm dolu, müasir bir ulus-dövlətə çevrilmişdir.

Yaxın Şərq həqiqi sülhün dayağına çevrilmişdir.

Türkiyə ilə daim davam edən anlaşılmazlıqların nəticəsində qanlı müharibələrə sürüklənən biz yunanlar Osmanlı imperiyasının xələfi olan bu ölkədə reallaşdırılan dərin dəyişikliyin təsirlərini ilk hiss edən ölkə olduq.

Kiçik Asiya fəlakətindən sonra müharibədən bir unitar dövlət kimi çıxan, yenidən doğulan Türkiyəyə səmimi şəkildə barış əlimizi uzatdıq. O da səmimi şəkildə əlini uzatdı.

Sülh üçün qiyməti heç nə ilə ölçülə bilməyən bu işi görən şəxs, əlbəttə, Türkiyə Cümhuriyyətinin prezidenti Mustafa Kamal Paşadır.

Buna görə də, 1933-cü ildəki Yunanıstan Hökumətinin başçısı kimi Mustafa Kamal Paşanın hamıdan fərqlənən etibarı üçün Nobel mükafatı ilə mükafatlandırılmasını təklif etməkdən şərəf duyuram”.

Eyni ildə yunan şairi Menelaos Nomdis şeir yazdı. “Atatürkə” adlı şeirin misraları belə idi:

Savaşlarda mərdlik nədir-göstərən sənsən,

Siyasətdə gücünü ortaya qoyan yenə sən.

Bütün dünyanın tərifləri sənin üstünədir,

Gözəl vətənində görə bildiyin işləri gör,

Sənə heyranıq, sənə salam.

Etibar Əliyev

Keçmiş deputat, elm və təhsil sahəsi üzrə ekspert 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
18
azpolitika.info

1Sources