EN

İndoneziyada məktəbdə partlayış: 96 nəfər xəsarət aldı – VİDEO

İndoneziyanın paytaxtı Cakartada yerləşən məktəbdə baş verən partlayış nəticəsində 96 nəfər xəsarət alıb, onlardan 29-u xəstəxanaya yerləşdirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə şəhər polisinin mətbuat xidməti məlumat yayıb.
 

İlkin ehtimallara görə, partlayışı sinif yoldaşlarının təzyiqinə məruz qalan bir şagird törədib. Onun evində naməlum toz şəklində maddə tapılıb və ekspertiza tərəfindən araşdırılır. Şagird hazırda reanimasiya şöbəsindədir.


Prezident Prabovo Subianto hadisənin uşaqlara təsir edən aqressiv kompüter oyunları ilə bağlı ola biləcəyini istisna etməyib.

Hadisə 7 noyabrda Cakartadakı 72 nömrəli orta məktəbin məscidində, dua zamanı baş verib. Rəsmi məlumata görə, ölən yoxdur, lakin polis terror aktı ehtimalını da araşdırır.


Bizim.Media

Chosen
40
bizim.media

1Sources