EN

Şəmkirdə avtomobil 77 yaşlı piyadanı vuraraq öldürüb

Şəmkirdə piyadanı avtomobil vuraraq öldürüb.

7News.Az "Report"a istinadən xəbər verir ki, Çaparlı kəndində Şəmkir rayonunun İsgəndərli kənd sakini, 1948-ci il təvəllüdlü Çitadze Yaşa Usmanoviçi avtomobil vurub.

O, aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
Chosen
17
2
7news.az

3Sources