EN

Dönərdən zəhərlənənlərin adları məlum oldu, AQTA məsələni nəzarətə götürdü 

Şəmkirdə zəhərlənənlərin kimliyi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, onlar Şəmkir rayonunun Dəllər qəsəbə sakini, 1992-ci il təvəllüdlü Ruslan Eyniyev, eyni kəndin sakini, 1991-ci il təvəllüdlü Dürdanə, 2014-cü il təvəllüdlü D.Məmmədli və 2015-ci il təvəllüdlü T. Məmmədli, Şəmkir şəhər sakinləri, 1994-cü il təvəllüdlü Nəsib Zeynalov, övladları: 2020-ci il təvəllüdlü E. Zeynalov və 2023-cü il təvəllüdlü N. Zeynalovadır.

Hazırda zərərçəkənlərin vəziyyəti normaldır.

Faktla bağlı Şəmkir RPŞ-də arasdırma aparılır.

***

Şəmkirdə baş verən hadisənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən məsələ nəzarətə götürülüb.

Bu barədə AQTA-dan məlumat verilib.

Bildirilib ki, agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirib, müvafiq nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırma davam edir.

Chosen
11
1
bakivaxti.az

2Sources