EN

Mübariz Əsgərovun “Zəfərə açılan pəncərə” filmi...

Şuşa həbsxanasının  pəncərəsi. Erməni seperatçıları tərəfindən “ömürlük həbs” cəzası almış əsirin  pəncərə önündə düşüncələri. “- Mən 6 il 7 ay bu pəncərədən bütün Azərbaycana baxmışam, Milli Ordumuzun hücuma keçməsini,  işğal altında olan torpaqlarımızın azad olunmasını gözləmişəm. Səbirsizliklə gözləmişəm...”

Şuşa həbsxanasında işğal vaxtı haqsız yerə yüzlərlə azərbaycanlı əsir və girov saxlanılırdı.  Erməni separatçılar tərəfindən təhqir olunan bu insanlara ağır işgəncələr verilirdi. Sadəcə azərbaycanlı olduqlarına görə. Onların hər birinin əsirlik həyatı heç vaxt unuda bilməyəcəkləri dəhşətli hadisələrlə doludur.

Şuşa həbsxanası. Əsirin pəncərə önündə düşüncələri davam edir. ”-Hər gecə yuxularımda azad həyatı, öz evimi, doğmalarımı görürdüm. Gözümü açanda əsirlik həyatı başlayırdı. Ona görə yuxudan ayılmaq istəmirdim...Bir gecə top, mərmi səsləri eşitdim...Vətən müharibəsi başlanmışdı. Çox sevindim. Atəş səsləri yaxınlaşdıqca sevincimin həddi-hüdudu yox idi. Bizimkilər Şuşaya, həbsxanaya yaxınlaşırdılar. 44 günlük müharibənin son günlərində məni Şuşa həbsxanasından Yerevan həbsxanasına apardılar. Hiss edirdimki, məni azad edəcəklər, çünki bizimkilər artıq qələbə qazanmışdılar. Söz sahibi idilər. İnanırdımki, Azərbaycan məni də əsirlik həyatından xilas edəcək. Elə də oldu. Bir gün mənə dedilərki, yığış aeroporta gedirsən. Mən onda bildimki, azad oluram. Həmin hissləri sözlə ifadə etmək çox çətindir...”

 Həbsxananın boş dəhlizlərini addım-addım gəzən, yaşadığı istirablı anları  xatırlayan, “ömürlük həbs” cəzası almış  keçmiş əsir bir vaxtlar  saxlanıldığı kameraya ilk dəfə azad insan kimi girir. “-Gözlərimə inana bilmirəm. Hətta mənim şəxsi əşyalarım hələ də əzab çəkdiyim bu kameradadadır. Onları bir xatirə kimi özümlə götürəcəm. Söz tapmağa çətinlik çəkirəm...Dəmir kuvaltla sümüklərimi sındırmışdılar, bədənimin çox yerini zədələmişdilər. Pistoletlə dişlərimi sındırmışdılar. Hansını deyim? Həmin zədələrdən sonra mən uzun müddət özümə gələ bilmirdim...İndi azad olsam da həmin zədələr mənə çox əzab verir. Şükürlər olsun bu günə. Qarabağ da azaddır, mən də. Bundan böyük xoşbəxtlik ola bilərmi? “

...Pəncərəmizi taybaty açaq və şanlı Zəfərimizin möhtəşəmliyini olduğu kimi dörə bilək, duya bilək!

...Pəncərəmiz həmişə Zəfərə açılsın!


Əməkdar jurnalist  Mübariz Əsgərov

Chosen
32
6
musavat.com

7Sources