Moderator.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“8 noyabr 2025-ci ildə böyük qələbənin 5-ci ildönümü münasibətilə keçirilən Zəfər paradı Azərbaycan, Türkiyə və Pakistan qardaşlığının tarixi təntənəsidir”.
Bunu saytımıza açıqlamasıdna Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu parad Azərbaycanın hərbi qüdrəti ilə yanaşı, onun tarixi müttəfiqləri, mövcud siyasi münasibətlər sistemi haqqında da düünyaya mesaj oldu:
“8 noyabr tarixində Bakıda keçirilən paradda Azərbaycan Silahlı Qüvvələrinin bütün komponentləri iştirak etdi, Ordumuzun arsenalındakı müasir silahların bir hissəsi ictimaiyətə nümayiş olundu. Bu parad göstərdi ki, Azərbaycan Ordusu həqiqətən də dünyanın ən qabaqcıl orduları sırasındadır və ordumuzun vəətnpərvərlik ruhu, döyüş əzmi ilə yanaşı, hərbi-texniki təchizatı da olduqca yüksək səviyyədədir.
Diqqəti cəlb edən məqamlardan biri də Türkiyə və Pakistan liderlərinin də bu paradda iştirak etməsi oldu. Paradda Türkiyə və Pakistan hərbçilərinin keçid etməsi, Türkiyənin “Bayraktar Akıncı” PUA-larının, F-16-ların, silahlanmaya yeni qəbul edilən Pakistan istehsallı “JF-17” qırıcılarının da səmada havalanması tamaşaçılar tərəfindən böyk maraqla qarşılandı.

Paradda çıxış edən Türkiyə Prezidenti bəyan etdi ki, ölkəsinin Azərbaycanla birliyi daha da güclənəcək, ikitərəfli münasibətlər bundan sonra da dinamik şəkildə inkişaf edəcək.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif də Azərbaycanla qardaşlıq münasibətlərindən məmnunluğunu dilə gətirib, ölkəsinin istehsal etdiyi “JF-17” qırıcılarını, bu qırıcıların Bakı səmansında uçuşunu Azərbaycan-Pakistan dostluğunun rəmzi kimi xarakterizə edib.
Xatırladım ki, cari ilin mayında Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü keçirilmiş, həmin görüşdə üçtərəfli münasibətlərin inkişafı, terrorizmə qarşı birgə mübarizə, bütün sahə və istiqamətlər üzrə əlaqələrin daha da genişlənməsi və s. kimi məsələlərlə bağlı ortaq mövqe sərgilənmişdi. 8 noyabr paradında Azərbaycanla yanaşı, Türkiyə və Pakistan hərbçilərinin də iştirakı göstərdi ki, liderlərin Laçın görüşündəki birlik mesajları praktiki müstəvidə reallaşmaqda, birmənalı şəkildə öz əksini tapmaqdadır.
Əminəm ki, Bakıda keçirilən 8 noyabr paradı bütün anti-Azərbaycan, anti-türk qüvvələri üçün çəkindirici mesaj olacaq, üç dövlət arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha da inkişafı üçn təkan rolunu oynayacaq.
Mən bayram münasibətilə bütün Azərbaycan xalqını, Azərbaycan Ordusunu, bu şanlı ordunun şanlı sərkədəsi Mzəffər Ali Baş Komandan İlham Əliyevi təbrik edir, Azərbaycan Silahlı Qüvvələrinə uğurlar arzulayıram”.
Seymur ƏLİYEV
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.