EN

Qubada toy karvanında AĞIR QƏZA: Ölən və yaralanan var - FOTO

Quba rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az-ın məlumatına görə, hadisə Quba-Xaçmaz yolunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində baş verib.
 
Belə ki, toy karvanında olan Xaçmaz rayon sakini 23 yaşlı Şahbala Asəf oğlu Mehtiyev VAZ-2107 markalı avtomobilə idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarında olan ağaca çırpılıb.
 
Sürücü hadisə yerində ölüb.
 
Hadisə nəticəsində avtomobildə olan sərnişin Ceyhun Zülfüqar oğlu Süleymanov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.
Chosen
34
moderator.az

1Sources