"Sumqayıt" klubunun futbolçuları Ronaldo Vaskez və Abdul Raşid Mumini ölkələrinin milli komandalarına dəvət alıblar.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

R.Vaskez Dominikan Respublikası, A.R Mumini isə Benin yığmasına çağırılıb.

Qeyd edək ki, Dominikan Respublikası Martinika ilə yanaşı Sent-Vinsent və Qrenadinlə, Benin isə Burkina Faso ilə yoldaşlıq oyunu keçirəcək.