EN

Günəşdə dəhşətli partlayış qeydə alınıb

Ajans.az xəbər verir ki,bu barədə Tətbiqi Geofizika İnstitutu TASS agentliyinə məlumat verib. “10 noyabr tarixində, Moskva vaxtı ilə saat 12:19-da (Bakı vaxtı ilə 13:19-da) 4274 nömrəli günəş ləkəsi qrupunda (N23W14) rentgen diapazonunda 41 dəqiqə davam edən X1.2 sinifli partlayış qeydə alınıb”, – deyə institutun məlumatında bildirilir. Xatırladaq ki, günəş partlayışları rentgen şüalanmasının intensivliyinə görə A, B, C, M və X olmaqla beş sinfə bölünür. Ən aşağı sinif A0.0, Yer orbitində kvadratmetr başına 10 nanovatt rentgen intensivliyinə uyğun gəlir. Hər növbəti sinifdə şüalanmanın intensivliyi on dəfə artır. Mütəxəssislərin sözlərinə görə, bu cür parıltılar günəş plazmasının güclü püskürməsi ilə müşayiət oluna bilər. Belə buludlar Yerə çatdıqda, maqnit qasırğaları və rabitə pozuntularına səbəb ola bilər.

 

Chosen
39
Ajans.az

1Sources