EN

Keçmiş məhkumun meyiti tapıldı

Siyəzən rayonunun Yenikənd kəndində keçmiş məhkumun meyiti tapılıb.

News365.az xəbər verir ki, hadisə noyabrın 9-da qeydə alınıb.

Belə ki, əvvəllər məhkum olunmuş 1969-cu il təvəllüdlü Zahid Ağamirzə oğlu Məmmədovun üzərində zorakılıq əlamətləri olmayan meyiti yaşadığı Yenikənd kəndindəki evdə aşkarlanıb.

Rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır. 

Chosen
14
7
news365.az

8Sources