EN

Qubada toy karvanında qəza: ölən və yaralanan var

Quba-Xaçmaz yolunun Quba rayonunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, toy karvanında hərəkətdə olan “VAZ 2107” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər ağır yaralanıb. Xəsarət alan şəxs Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, hazırda ona tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Chosen
13
13
ikisahil.az

10Sources