Samvel Karapetyana məxsus olan operator şirkətin “Ermənistan Elektrik Şəbəkələri”nin (ESA) elektrik enerjisinin paylanması lisenziyası dayandırıla bilər.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan mediası ölkənin İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasının rəsmi saytında dərc edilmiş bu haqda qərar layihəsinə istinadən yayıb.
Qərar layihəsi üzrə səsvermənin noyabrın 13-ü tarixində keçirilməsi planlaşdırılır.
"Cebheinfo.az"