EN

Yeni il gecəsi 14 milyonqazanacaq

Yeni ilin yaxınlaşması ilə birlikdə məşhurların yeni il konsertləri üçün alacaqları məbləğlər gündəmə gəlib.

Redaktor.az xəbər verir ki, bu il ən yüksək qonorar alacaq sənətçi Tarkan olacaq.

İddiaya görə, Tarkan 31 dekabr gecəsi Kiprin Girnə şəhərində yerləşən bir hoteldə səhnəyə çıxacaq. Müğənni gecə saat 12-yə yaxın başlayacaq və cəmi iki saat davam edəcək konsert proqramından 14 milyon lirə gəlir əldə edəcək.

Tarkanı Ebru Gündeş izləyəcək. O, yeni il gecəsi Antalyada səhnəyə çıxacaq və 10 milyon lirə qonorar alacaq.

Digər məşhurların da yeni il səhnə qiymətləri diqqət çəkib. İddialara görə, Sibel Can 8 milyon lirə, Ajda Pekkan, Kenan Doğulu və Yıldız Tilbe isə hər biri 7 milyon lirə qarşılığında çıxış edəcək.

Chosen
68
7
redaktor.az

8Sources