EN

İslamiadanın qalibi olan türkiyəli ağırlıqqaldıran Prezident İlham Əliyevə təşəkkür edib

İslamiadanın qalibi olan türkiyəli ağırlıqqaldıran Yusuf Fehmi Genç Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib...

Türkiyəli atlet bu barədə "Apasport"un Ər-Riyada ezam olunan əməkdaşına açıqlama verib.

O bildirib ki, 2023-cü ildə Ermənistanda təşkil olunan Avropa çempionatında qazandığı medalı Azərbaycana həsr edib:

"Əvvəla onu demək istəyirəm ki, mən 2023-cü ildə Ermənistanda keçirilən 3 Avropa çempionatının qalibi olmuşdum və medalımı Azərbaycan xalqına həsr etmişdim. Bu hadisədən sonra Cənab Prezident İlham Əliyev məni və komanda yoldaşlarımı ölkənizə dəvət etmişdi. Azərbaycan Prezidentinə və xalqına təşəkkürümü bildirirəm".

Yusuf Fehmi azərbaycanlı ağırlıqqaldıranların da uğurlu çıxış edəcəyinə inandığını söyləyib:

"Bu yarışda da çempion oldum. Rahat şəkildə qızıl medal qazanacağıma əmin idim. Çünki özümə inanırdım. Azərbaycanlı idmançıların da uğurlu çıxış edəcəklərinə inanıram. Onlarla xoş münasibətimiz var. Xüsusilə Dadaş Dadaşbəyli və İsa Rüstəmovla yaxşı əlaqələrimiz var".

Qeyd edək ki, 2023-cü ildə Ermənistanda keçirilən Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağına qarşı hörmətsizlikdən sonra yığma komandamız yarışa qatılmadan Vətənə qayıtmışdı.

Poliqon.info

Chosen
23
16
poliqon.info

10Sources