EN

“iPhone” və “Android” sahiblərinin xarakteri nə ilə fərqlənir? – Alimlər açıqladı

Britaniyalı psixoloqlar maraqlı bir qanunauyğunluq aşkar ediblər: smartfon seçimi sahibinin xarakteri haqqında çox şey deyir.

NOCOMMENT.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Linkoln Universitetinin araşdırmasına görə,

“Android” istifadəçiləri orta hesabla “iPhone” sahiblərindən daha mehriban, dürüst və təvazökar olurlar.

Tədqiqat müəllifləri “Android” və “iPhone” istifadəçilərindən ibarət iki qrupdan şəxsi keyfiyyətlər və cihazlarına münasibət haqqında anket doldurmağı xahiş ediblər.

Məlum olub ki, “iPhone” sahiblərinin əksəriyyəti smartfonlarını status simvolu kimi qəbul edir və xarici görünüşə və brendə daha çox önəm verirlər. “Android” istifadəçiləri isə telefonu əsasən praktik vasitə kimi görür, əsas odur ki, işləsin.

Tədqiqatçılar müşahidə ediblər ki, “iPhone” sahibləri daha çox gənc, daha çox qadın və emosional olurlar, lakin eyni zamanda təvazökarlıq və dürüstlük baxımından daha az meyillidirlər. “Android” istifadəçiləri isə daha çox yaşlı kişilərdir, statusa az maraq göstərir və mənfəət üçün aldatmağa daha az meyllidirlər.

Tədqiqatı aparan psixoloq Hizer Şou izah edib ki, smartfonlar getdikcə sahiblərinin rəqəmsal əksinə çevrilir. İnsanlar instinktiv olaraq daxili obrazlarına uyğun cihazlar seçirlər və buna görə hətta adi bir telefon alışı belə şəxsi xüsusiyyətlər haqqında çox şey deyə bilər.

Eyni zamanda “iPhone” və “Android” arasında seçim mütləq əxlaq göstəricisi deyil. Tədqiqatda cəmi təxminən 500 nəfər iştirak edib, buna görə qlobal nəticə çıxarmaq düzgün olmaz.

Chosen
38
1
nocomment.az

2Sources