EN

Hacıqabulda baş verən qəzada iki nəfər ölüb

Hacıqabulda
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Hacıqabul rayonu, Muğan qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Bu barədə 1news.az-a FHN-dən məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Hacıqabul rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VAZ-21011” və “Hyundai” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalanların olduğu müəyyən olunub. Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə “VAZ-21011” markalı minik avtomobilinin sıxılı vəziyyətdə qalan sürücüsü 1956-cı il təvəllüdlü Abbasov Samir Malik oğlunun və bir nəfər (qadın cinsli) sərnişinin meyitləri avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Bundan əlavə, yol-qəza hadisəsi nəticəsində “VAZ-21011” markalı minik avtomobilinin bir nəfər (qadın cinsli) sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Chosen
26
6
1news.az

10Sources