EN

"Windows 11"dən faydalı funksiya silindi

"Microsoft" korporasiyası "Windows 11" sistemindəki "Telefonla əlaqə" ("Phone Link") tətbiqindən fotoşəkillərə baxış funksiyasını silib.

Hakimiyyet.az xəbər verir ki, artıq şəkilləri izləmək üçün istifadəçilərə "Bələdçi" ("File Explorer") vasitəsilə baxmaq təklif olunur, burada smartfondakı mediafayllar çıxarıla bilən disk kimi göstərilir.

Bununla belə, "Telefonla əlaqə" tətbiqinin əsas funksiyaları - bildirişlərin qəbulu və kompüterdən smartfona nəzarət - əvvəlki kimi işləməyə davam edir.

Bir çox istifadəçi bu dəyişikliyi narahatlıq yaradan addım kimi qiymətləndirib, çünki əvvəlki fotoşəkillərə baxış imkanı tətbiqin içərisində tam ekran rejimində şəkilləri açmağa imkan verirdi. İndi isə "Bələdçi"də fayllara kliklədikdə şəkillər ayrıca "Windows" "Şəkillər" (Photos) tətbiqində açılır.

Microsoft həmçinin smartfonu periferiya cihazı kimi istifadə etmək istəyənlər üçün "Mobil cihazlar" ("Mobile Devices") adlı alternativ aləti tövsiyə edir. /Oxu.az

Chosen
14
6
hakimiyyet.az

7Sources