EN

Tarixdə ilk dəfə azərbaycanlı futzal hakimi Avropa çempionatının final mərhələsinə təyinat aldı

Tarixdə ilk dəfə azərbaycanlı futzal hakimi Avropa çempionatının final mərhələsinə təyinat alıb.

Bu barədə HİT.az-a AFFA-dan məlumat verilib.

FIFA referisi Hikmət Qafarlı Latviya, Litva və Sloveniyanın birgə ev sahibliyi ilə keçiriləcək Avropa çempionatı – 2026-nın final mərhələsində fəaliyyət göstərəcək 32 hakimdən biri olacaq. H. Qafarlı turnir zamanı Latviya və Litvada baş tutacaq matçları idarə edəcək.

Qeyd edək ki, qitə birinciliyinin oyunları 2026-cı il yanvarın 21-dən fevralın 7-dək keçiriləcək.

Chosen
17
20
hit.az

10Sources