Zaqatala rayonunun Mazıx kəndində avtomobildə meyit tapılıb.
Avtosfer.az xəbər verir ki, hadisə noyabrın 9-u saat 08 radələrində baş verib.
Belə ki, Muxax kənd sakini 1950-ci il təvəllüdlü Murtuzəli Mahmud oğlu Dadamayevin üzərində zorakılıq əlamətləri olmayan meyiti QAZ-24 markalı 62-BC-889 dövlət nömrə nişanlı avtomobildə tapılıb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.