EN

İmişlidə avtoqəzada bir nəfər ölüb, digəri xəsarət alıb

İmişlidə baş verən avtoqəzada bir nəfər ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, avtoqəza Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonundan keçən hissəsində baş verib.

"Azsamand" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə, bir nəfər ölüb.

Hadisə zamanı xəsarət alan bir nəfər isə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
68
2
apa.az

3Sources