EN

Nikola Sarkozi azadlığa buraxıldı

Paris Apellyasiya Məhkəməsi Fransanın sabiq Prezidenti Nikola Sarkozinin məhkəmə nəzarəti altında həbsdən azad edilməsi haqqında qərar çıxarıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə yerli telekanallar məlumat yayıb.

Bildirilib ki, o, bu gün həbsxanadan azad ediləcək.

Keçmiş prezident oktyabrın 21-dən bəri həbsxanadadır.

Qeyd edək ki, N.Sarkozi 2007-ci il seçki kampaniyasının Liviya lideri Müəmmar Qəddafinin vəsaiti hesabına maliyyələşdirilməsi ilə bağlı iş üzrə beş il müddətinə azadlıqdan məhrum edilib.


Telegram kanalımız
Chosen
22
yenisabah.az

1Sources