EN

Üzüm çəyirdÉ™yi insan ömrünü 150 ilÉ™ çatdıra bilÉ™r – Çin laboratoriyasından sensasion açıqlama

Çində uzunömürlülük və hüceyrə qocalmasının qarşısının alınması üzərində çalışan Lonvi Biosciences laboratoriyası 150 il yaşamağın artıq elmi baxımdan mümkün olduğunu bəyan edib.

Bizim.Media xÉ™bÉ™r verir ki, ÅŸirkÉ™tin texniki direktoru Lyu Tsinxuanın sözlÉ™rinÉ™ görÉ™, insan ömrünün radikal ÅŸÉ™kildÉ™ uzadılması “artıq fantastika deyil” vÉ™ yaxın illÉ™rdÉ™ bu, real tibbi praktikaya çevrilÉ™ bilÉ™r:

“150 il yaÅŸamaq qÉ™tiyyÉ™n fantastika deyil. Bir neçə ildÉ™n sonra bu, reallığa çevrilÉ™cÉ™k”.

Yeni hazırlanan uzunömürlülük preparatı üzüm çəyirdəklərinin tərkibindən alınmış prosianidin C1 (PCC1) adlı təbii birləşmə əsasında əldə olunub. Şanxay alimlərinin apardığı təcrübələr göstərib ki, PCC1 qocalmış hüceyrələri seçici şəkildə məhv edir, sağlam hüceyrələrə isə toxunmur. Bu proses siçanların ömrünü nəzərəçarpacaq dərəcədə uzadıb.

Nəticənin mənası nədir?

Elm adamları hesab edir ki, qocalmış hüceyrələrin orqanizmdən çıxarılması toxumaların yenilənməsini sürətləndirir, orqanizmin ümumi enerji səviyyəsini artırır və yaşla bağlı pozulmaların qarşısını alır.
 

Bu araşdırma insanlarda yaşlanma biologiyasına müdaxilə imkanlarının genişlənməsi deməkdir və tibbdə tam yeni mərhələ başlaya bilər.


Hazırda preparat klinik təhlükəsizlik mərhələsinə hazırlanır. İnsanlar üzərində sınaqların növbəti 2-3 il ərzində başlanacağı gözlənilir. (musavat.com)

Bizim.Media

Chosen
18
4
bizim.media

5Sources