Azərbaycan ağırlıqqaldıranı Ravil Alməmmədov (79 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında medal qazanıb.
Far.Az report-a istinadən xəbər verir ki, o, birdən qaldırmada gümüş mükafata sahib çıxıb.
R. Alməmmədov 155 kq-ın öhdəsindən gəlib.
Qeyd edək ki, bu Azərbaycan ağırlıqqaldıranların İslamiadada 7-ci medalıdır.