EN

Nikola Sarkozi məhkəmə nəzarəti altında azadlığa buraxılıb...

SİA xəbər verir ki, Le Figaro qəzetinin məlumatına görə, 10 noyabr Bazar ertəsi günü məhkəmə Fransanın keçmiş prezidenti Nikola Sarkozinin apelyasiya şikayəti verildiyi müddətdə həbsdən azad edilməsi ilə bağlı tələbini təmin edib. Məhkəmə qərara alıb ki, "məhkəməyə qədər həbsdə saxlanmanın davam etdirilməsi əsassızdır".

Nəticədə məhkəmə keçmiş prezidentin məhkəmə nəzarəti altına alınmasını, o cümlədən səyahət qadağasının qoyulmasını əmr edib.

Onun 10 noyabr bazar ertəsi günü La Santé həbsxanasını tərk etməsi gözlənilir.

Eyni zamanda, məhkəmə Sarkozinin ədliyyə naziri Gerald Darmaninlə əlaqə saxlamasını qadağan edib.

Darmanin 29 oktyabrda onu həbsxanada ziyarət edib.

Qərarın elan edilməsindən bir neçə dəqiqə sonra Sarkozinin vəkili məhkəmənin qərarını "cinayət-prosessual məcəlləsinin normal tətbiqi" adlandırıb.

...Növbəti addım apelyasiya prosesi olacaq. Sarkozi ilə bağlı vəzifəmiz apelyasiya dinləməsinə hazırlaşmaqdır, - deyə o əlavə edib.

70 yaşlı keçmiş mühafizəkar prezident 2007-ci il prezidentlik kampaniyası üçün mərhum diktator Müəmmər Qəzzafidən yaxın köməkçiləri vasitəsilə vəsait almaq üçün sui-qəsddə günahkar bilinib. Korrupsiya və qanunsuz seçki kampaniyası maliyyələşdirilməsi də daxil olmaqla, ona qarşı irəli sürülən bütün digər ittihamlar ləğv edildi.

Əli Babayev

Chosen
39
sia.az

1Sources