EN

“Lukoil” dünyanın ən böyük neft yataqlarından birində fors-major elan etdi” − KİV


Rusiyanın “Lukoil” neft şirkəti dünyanın ən böyük neft yataqlarından biri olan İraqdakı “Qərbi Qurna-2” yatağında fors-major vəziyyət elan edib.
Yeniavaz.com
xəbər verir ki, “Reuters” bu barədə dörd mənbəyə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, ABŞ və Avropa Birliyi oktyabrın sonlarında şirkətə qarşı sanksiyalar tətbiq etdikdən sonra İraq “Lukoil”a bütün ödənişləri dayandırıb.
Ötən həftə “Lukoil” İraq Neft Nazirliyinə məlumat verib ki, şirkətin “Qərbi Qurna-2” yatağında normal fəaliyyətini davam etdirməsinə mane olan fors-major hallar mövcuddur. “Reuters” agentliyinin məlumatına görə, fors-major vəziyyətinin səbəbləri altı ay ərzində həll olunmazsa, “Lukoil” hasilatı dayandıracağını və layihədən tamamilə çıxacağını açıqlayıb.
“Qərbi Qurna-2” İraqın cənubunda yerləşən dünyanın ən böyük neft yataqlarından biridir. “Lukoil” şirkətinə onun işlənməsi üçün müqavilə 2010-cu ildə verilib. Rusiya şirkəti bu layihənin 75%-nə, qalan 25%-i isə İraqın dövlətə məxsus “North Oil Company” şirkətinə məxsusdur.
Chosen
55
4
yeniavaz.com

5Sources