Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
"Kia" markalı minik avtomobilin aşması nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. /unikal