EN

Xarici İşlər Nazirliyi: “Norveçin Cənubi Kipr Rum İdarəsinə silah embarqosunu ləğv etməsi ənənəvi sülh yönümlü xarici siyasəti ilə ziddiyyət təşkil edir”

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şimali Kipr Türk Cümhuriyyətinin Xarici İşlər Nazirliyi Norveçin Cənubi Kipr Rum İdarəsinə qarşı tətbiq etdiyi silah embarqosunu ləğv etməsini ənənəvi sülh yönümlü xarici siyasəti ilə ziddiyyət təşkil etdiyi üçün təəssüf hissi ilə qarşıladığını açıqlayıb.

Nazirlik Norveçin Cənubi Kiprə silah satışına qoyduğu qadağanı ləğv etməsi ilə bağlı xəbərlərə münasibət bildirərək yazılı açıqlama yayıb.

Açıqlamada deyilir: “Norveçin Cənubi Kipr Rum İdarəsinə silah satışına qoyduğu qadağanın ləğv edilməsi ilə bağlı xəbərləri yaxından izləyirik və bu istiqamətdə zəruri addımlar atılır.

Norveç Parlamenti tərəfindən 1959-cu ildə qəbul edilən qanuna əsasən, münaqişə yaşayan və ya daxili qarışıqlıq riski olan ölkələrə silah satışı qadağan olunub. Hətta yaxın keçmişə qədər Norveçin Cənubi Kiprə hərbi məqsədli müdafiə məhsulları və ikili istifadə olunan malların ixracı üçün satış lisenziyası vermədiyi məlum idi.

Buna baxmayaraq, 7 noyabr 2025-ci ildə Norveç Xarici İşlər Naziri Espen Bart Eide Cənubi Kipr lideri Nikos Hristodilidisi fərdi olaraq zəng edərək silah satış qadağasının ləğv edildiyini bildirmişdir. Bu qərar, Norveçin ənənəvi sülh yönümlü xarici siyasəti ilə ziddiyyət təşkil etdiyindən tərəfimizdən təəssüf hissi ilə qarşılanmışdır. Cənubi Kipr Rum tərəfinin sürətlə davam edən silahlanma səyləri çərçivəsində bu qərarla birlikdə əldə etmək istədiyi əlavə silahların hədəfinin Kıbrıs Türk xalqı və Şimali Kipr Türk Cümhuriyyətinə yönələcəyi açıq bir reallıqdır.

Norveçin bu qərarı, Doğu Aralıq dənizində getdikcə həssaslaşan mövcud tarazlığa ciddi zərər verir və bölgədəki sabitlik və təhlükəsizlik mühitinə heç bir töhfə vermir. Şübhəsiz ki, Ada üzərində davamlı sülh yalnız iki xalqın bərabər hüquqlarının tanınması və qarşılıqlı etimad mühitinin yaradılması ilə mümkündür. Belə bir tərəfli qərar bu məqsədə çatmağı çətinləşdirir və mövcud vəziyyəti təhlükəyə atır.

Bu mühitdə bölgədə sülh və sabitliyin qorunmasında qəti mövqeyimizi davam etdiririk. Kıbrıs Türk xalqının təhlükəsizliyini təhdid edən hər hansı bir inkişafı diqqətlə izləyəcəyimizi və Şimali Kipr Türk Cümhuriyyətinin təhlükəsizliyi üçün Anavatan Türkiyə ilə birlikdə bütün zəruri addımları atmaqdan çəkinməyəcəyimizi vurğulamaq istəyirik.

Bütün bunlar fonunda, Norveç Hökumətini Kıbrıs adasının reallıqlarına uyğun, bölgədə sabitliyi və sülhü dəstəkləyən bir mövqe tutmağa və Cənubi Kipr Rum tərəfinin provokativ davranışlarını təşviq etməkdən, həmçinin silahlanma meyllərinə xidmət edən bu cür təşəbbüslərdən çəkinməyə dəvət edirik.”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
33
bizimyol.info

1Sources