İmişlidə baş verən avtoqəzada bir nəfər ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, avtoqəza Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonundan keçən hissəsində baş verib.
"Azsamand" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə, sərnişin - İmişli rayonunun Əlyetməzli kənd sakini, 2002-ci il təvəllüdlü Ədilli Əbil İbad oğlu ölüb.
Hadisə zamanı xəsarət sürücü isə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır.