EN

Sarkozi azadlığa buraxıldı

Fransanın keçmiş prezidenti Nikola Sarkozi apelyasiya şikayəti nəzərə alınaraq məhkəmə tərəfindən şərti olaraq həbsdən azad edilib.


Manset.az France24-də istinadən xəbər verir ki,Sarkozi Liviyanın keçmiş prezidenti Müəmmər Qəddafinin seçki kampaniyası üçün vəsait toplama ittihamı ilə beş il həbs cəzasına məhkum olunmuş, lakin üç həftədən az müddət həbsdə qalmışdı.

Fransa məhkəməsi Sarkozinin korrupsiya və qanunsuz kampaniya maliyyələşdirməsi ilə bağlı digər ittihamlardan bəraət qazandığını da açıqlayıb. Məhkəmə eyni zamanda keçmiş prezidentin ölkədən çıxışına qadağa qoyub. Apelyasiya dinləməsinin daha sonra keçirilməsi planlaşdırılır.

Chosen
12
1
manset.az

2Sources