EN

Nura Suri Vaqif Qurbanova Milli Qəhrəman adının verilməsindən yazdı

“Vaqif Qurbanova Milli Qəhrəman adı verilib.
Bu xəbər bizi çox duyğulandırdı, çünki anam – Firəngiz Səttarova – illər öncə onun haqqında öz kitabında yazmışdı. O vaxtlar Vaqif bəy barədə məlumat çox az idi, sosial şəbəkələr isə hələ aktiv deyildi”.

Sonxeber.az xəbər verir ki, bunu müğənni Nura Suri özünün sosial şəbəkədəki şəxsi səhifəsində qeyd edib.

Müğənni qeyd edib ki, anası kitabında Vaqif Qurbanovun həyat yolunu və qəhrəmanlığı barədə qeyd edib:

“Anan onun qəhrəmanlığı və həyat yolu barədə
belə təsvir etmişdi:

“1992-ci ilin aprel ayına kimi hərbi təyyarələr olan SU-25-lər Sitatlaç hərbi təcrübə meydanında yerləşdirilirdi… Onlardan biri də Vaqif Qurbanov idi. Onun məqsədi SU-25 təyyarəsini qaçırmaq və onu ordumuz üçün istifadə etmək idi”

“08.04.1992-ci ildə baş leytenant Vaqif Qurbanov SU-25 təyyarəsini qaçırıb Yevlaxda yerə endirdi. Təyyarənin bizim ordunun xidmətinə verilməsi azadlıq uğrunda döyüşlərdə mühüm rol oynadı”

“Vaqifin son uçuşu 13 iyun 1992-ci ildə olub… Yevlaxla əlaqə yarandı, lakin bir neçə dəqiqədən sonra kəsildi. Sonradan məlum oldu ki, o, geri dönə bilməyib…”

“O vaxtlar bütün xalq Vaqif Qurbanovla fəxr edirdi. Onun qəhrəmanlığı hər bir azərbaycanlının qəlbində iz qoymuşdu. Vaqif Qurbanov Azərbaycanın hərbi aviasiyasının təməlini qoyan ilk təyyarəçilərdən biridir”

O dövrlərdə belə insanların adları az hallanırdı, məlumat çatışmaz idi. Amma bu gün o qəhrəmanlıq nəhayət ki, layiq olduğu qiyməti aldı.

Bu yaxınlarda valideynlərimlə birlikdə Xəzər televiziyasının qonağı olduq. Verilişə baxan çox sayda tamaşaçı xoş sözlər yazdı, və bir çoxu qeyd etdi ki, valideynlərim və onların mübarizə yolu haqqında indiyə qədər məlumatsız idilər.

Gec də olsa, Vaqif Qurbanovun Milli Qəhrəman adına layiq görülməsi bizim üçün həm sevinc, həm də qürur hissidir.
Onun qızı Sevinc xanımı valideynlərim adından səmimi-qəlbdən təbrik edirəm.

Hərbi Hava Qüvvələrimizin yaradılmasında böyük rolu olan insanlardan biri də Xanlar Səttarovdur.
O, bir vaxtlar polk komandiri kimi həlak olan pilotların Milli Qəhrəman adına təqdim olunması ilə bağlı rəsmi sənədləri şəxsən imzalayıb göndərən insandır.

1992-ci il fevralın 13-də tapşırıq gəldi ki, Səngəçaldakı rus ordusundan qırıcı helikopterləri qaçırmaq lazımdır.
Bu tapşırığın icrası Xanlar Səttarovun rəhbərliyi ilə həyata keçirildi.

Xanlar Səttarov Zabrat aeroportundan (mülki aviasiya) pilotlardan ibarət bir komanda topladı. Komandada Yavər Əliyev, Firuz Cəlilov, Mirməmməd Ağayev, Edison Həsənov və Zakir Yusifov yer alırdılar.

Onlar Səngəçala yollandılar və orada mayor Seyfəl Cəlilovun köməkliyi ilə helikopterləri işə salaraq havaya qaldırdılar.
Helikopterlər Zabrat aeroportuna gətirilərək gizlədildi.

Daha sonra həmin qırıcı helikopterlərdə Azərbaycan pilotları təlim keçdilər və iki ay sonra Birinci Qarabağ müharibəsinə yollandılar.

Bu əməliyyat Azərbaycan Hərbi Hava Qüvvələrinin formalaşmasında mühüm rol oynadı və Xanlar Səttarovun adını hərbi tariximizə qızıl hərflərlə yazdı.

Mən inanıram ki, Xanlar Səttarov kimi igid insanlar da bu ada layiqdir.
Arzum budur ki, qəhrəmanlara dəyər zamanında verilsin.

NuraNuraNuraNuraNuraNuraNuraNura

Chosen
61
editor.az

1Sources