EN

Rodriqo İngiltərə Premyer Liqasına keçə bilər

style='margin-bottom:10px;'>

“Real”ın hücumçusu Rodriqo İngiltərə Premyer Liqasına transfer ola bilər. 

QOL.az xəbər verir ki, London klubu “Tottenhem” 24 yaşlı futbolçunu heyətinə qatmaqda maraqlıdır. Məlumata görə, klub “Real”ın müəyyən etdiyi 80 milyon avro transfer haqqını ödəməyə hazırdır. Xabi Alonsonun baş məşqçi təyin edilməsindən sonra Rodriqo əsasən ehtiyat oyunçusu kimi meydana çıxır.

Braziliyalı futbolçunun klub dəyişdirərək dünya çempionatı öncəsi daha çox oyun təcrübəsi qazanmaq istədiyi bildirilir. Cari mövsümdə Rodriqo bütün turnirlərdə 13 matça çıxıb və 2 məhsuldar ötürmə edib.
 

Chosen
101
teleqraf.com

1Sources