EN

Şəkidə yaşayış evi yandı

Şəkidə yaşayış evi yanaraq külə dönüb. 

Avtosfer.az xəbər verir ki, yanğın Şəki şəhəri Bağbanlar küçəsində yaşayan 1960-cı il təvəllüdlü Hüseynova Kəmalə Bəlyar qızına məxsus fərdi yaşayış evində baş verib.

Yanğın yerinə Şəki DYMH-nin texnikaları cəlb olunub. Ümumi sahəsi 120 kvadratmetr olan fərdi yaşayış evinin yanar konstruksiyaları və icərisindəki əşyaları tamamilə yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb./unikal

Chosen
25
2
avtosfer.az

4Sources