EN

Magistral yolda hərəkəti iflic edən təmir işləri nə vaxt yekunlaşacaq?VİDEO

Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunda aparılan təmir işləri kilometrlərlə tıxaca səbəb olub. Respublika əhəmiyyətli yolda hərəkəti iflic edib.

Xezerxeber.az-ın məlumatına görə, ötən gecə minlərlə sürücü magistral yolda yaranmış tıxaca görə saatlaarla yolda qalıblar.

Tıxacın yaranmasına səbəb isə ''Böyük İpək yolu"nun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunda aparılan təmir işləridir.

Sürücülər deyirlər ki, yolun Hacıqabul rayonu ərazisində təmir getdiyi üçün qarşı hərəkət zolağı həm gediş, həm də gəliş edilib. Bu da hərəkətin intensiv olduğu yolda tıxacı qaçılmaz edir. 

Bəs respublika əhəmiyyətli yolda təmir işləri hansı mərhələdədir?

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, sözügedən hissədə yol geyimində çökmələr yaranmış, istismar üçün yararsız vəziyyətə düşmüşdü. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklərə səbəb olurdu. Əsaslı təmir işləri magistralın 15-117 km-lik hissəsini əhatə edir.

Təmir işləri ilə əlaqədar olaraq, hərəkət istiqaməti mərhələli şəkildə müvəqqəti dəyişdirilir. Tikinti aparılan ərazidə nəqliyyatın hərəkəti əks istiqamət üzrə ikitərəfli təşkil edilir. Yenidənqurma işlərinin qısa zamanda yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
41
xezerxeber.az

1Sources