EN

Hindistanda partlayış nəticəsində ölənlərin sayı 8-ə çatıb

Hindistanın paytaxtı Yeni Dehlidə baş verən partlayış nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

NDTV bu barədə məlumat yayıb.

"Bu axşam tarixi Qırmızı Qala yaxınlığında avtomobilin partladılması nəticəsində 8 nəfər ölüb, 24 nəfər yaralanıb", - məlumatda deyilir.

Partlayışın yaxınlığındakı avtomobillər də yanıb və xeyli ziyan dəyib. Bir furqonun qapısı uçub, digərinin demək olar ki, tamamilə xarab olub, üçüncünün isə qabaq şüşəsi sınıb.

Chosen
43
1
aznews.az

2Sources