EN

"Eyüpspor"un prezidenti və üç futbol hakimi həbs edildi

Türkiyənin "Eyüpspor" futbol komandasının prezidenti Murat Özkaya və üç futbol hakimi həbs edilib.

Moderator.az xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Qeyd olunur ki, mərc qalmaqalı ilə bağlı aparılan istintaq çərçivəsində Türkiyənin Birinci Liqa klublarından "Eyüpspor"un prezidenti Murat Özkaya və üç hakim həbs edilib.

İstintaq orqanları hadisə ilə bağlı araşdırmanı davam etdirir.

Chosen
37
5
moderator.az

7Sources