EN

Azərbaycanlı hakim ilk dəfə Avropa çempionatına təyinat aldı

utzal üzrə FIFA referisi Hikmət Qafarlı beynəlxalq təyinat alıb.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb.

Bildirilib ki, H.Qafarlı Latviya, Litva və Sloveniyanın birgə ev sahibliyi ilə gələn il keçiriləcək Avropa çempionatının final mərhələsində fəaliyyət göstərəcək 32 hakimdən biri olacaq. O, turnir zamanı Latviya və Litvada baş tutacaq matçları idarə edəcək.

Beləliklə, tarixdə ilk dəfə azərbaycanlı futzal hakimi Avropa çempionatının final mərhələsinə təyinat alıb.

Qeyd edək ki, qitə birinciliyinin oyunları 2026-cı il yanvarın 21-dən fevralın 7-dək keçiriləcək.

Chosen
31
20
konkret.az

10Sources