EN

“Liverpul” üçün çətin mövsüm - 11 turda beş məğlubiyyət

Premyer Liqanın 11-ci turunda “Mançester Siti”yə 0:3 hesabı ilə uduzan “Liverpul” Arne Slotun rəhbərliyi altında mövsümdə beşinci məğlubiyyətini yaşayaraq rekord yeniləyib.  

90deqiqe.Az xəbər verir ki, beləliklə, 2025/2026 mövsümündə “Liverpul” 11 tur ərzində ötən 2024/2025 mövsümündəki məğlubiyyət sayını ötüb – keçən mövsüm yalnız dörd oyun rəqiblərə uduzmuşdu.

Cari mövsümdə “Mançester Siti”yə əlavə olaraq “Kristal Pelas” (1:2), “Çelsi” (1:2), “Mançester Yunayted” (1:2) və “Brentford” (2:3) oyunlarında da məğlubiyyətlər qeydə alınıb. 12-ci turda “Liverpul” evdə “Nottingem Forest”la qarşılaşacaq.

Chosen
78
90deqiqe.az

1Sources