EN

Yeni Dehlidə partlayış nəticəsində səkkiz nəfər ölüb, 10-dan çox insan yaralanıb

Hindistanın paytaxtı Yeni Dehlidə avtomobilin partlaması nəticəsində səkkiz nəfər ölüb, 10-dan çox insan yaralanıb.

APA xəbər verir ki, Hindistan mediasının məlumatına görə, hadisə şəhərin ən məşhur turistik yerlərindən biri olan tarixi Qırmızı Qalanın yaxınlığında baş verib.

Hadisə yerində on beş yanğınsöndürmə briqadası işləyir, ərazi polis tərəfindən mühasirəyə alınıb və ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Chosen
70
3
apa.az

8Sources