EN

“Li Auto” 11 min elektromobili geri çağırır - FOTO

"Li Auto” şirkəti 11 411 elektromobili geri çağırır.

Avtosfer.az xəbər verir ki, kampaniya 18 fevral 2024-cü ildən 27 dekabr 2024-cü ilədək istehsal edilmiş “Mega” minivenlərinə şamil edilir. Səbəb ötən ayın sonunda baş vermiş yanğındır.
Məlum olub ki, yanğına batareyaları soyudan maye səbəb olub. Qeyd edilən dövrdə istehsal edilmiş maşınların korroziyaya davamlılığı aşağıdır. Bu da proqram xətası, güc itkisi və temperaturun anidən artması ilə nəticələnir. Nəticədə yanğın riski ortaya çıxır. 
Kampaniya indiyədək istehsal edilmiş  “Mega” minivenlərinin demək olar yarısını əhatə edir. 

Sözügedən yanğınla bağlı daha ətraflı aşağıdakı linkdə: 
https://avtosfer.az/az/hadise/daha-bir-bahali-li-avtomobili-hereket-zamani-alisib-yandi-vi%CC%87deo-305581

Vüqar

Chosen
51
1
avtosfer.az

2Sources