EN

Şagird və tələbələrə ictimai nəqliyyatda güzəştlərin tətbiqi təklif olunurVİDEO

"Ölkədə şagird və tələbələrə ictimai nəqliyyatda güzəştlər olmalıdır".

Xezerxeber.az-ın məlumatına görə, bunu Ombudsman Səbinə Əliyeva 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi ilə bağlı çıxışında bildirib.

O qeyd edib ki, digər ölkələrin təcrübələri nəzərə alınmaqla sosial istiqamətlərdə bir sıra güzəştlər həyata keçirilməlidir.

Tələbələr bildirirlər ki, ictimai nəqliyyatda gediş haqlarının artırılması ilə onların aylıq nəqliyyat xərcləri də ciddi şəkildə artıb.

Təhsil ekspertləri isə deyirlər ki, qonşu Türkiyədə lisey və universitet tələbələri, adətən, endirimli tariflərdən yararlanırlar. Məsələn, İstanbulda tələbə kartı sahiblərinə nəqliyyatda 50 faizdən çox endirim tətbiq olunur. Həmçinin Ali Təhsil Qurumunun mərkəzləşdirilmiş imtahanlarında imtahan giriş vəsiqəsini təqdim edən şagirdlərə ictimai nəqliyyatdan pulsuz istifadə imkanı verilir. Bu imkan imtahan başlamazdan müəyyən müddət əvvəl başlayır və imtahan bitdikdən sonra müəyyən vaxta qədər davam edir.

Məsələ ilə bağlı Təhsilin İnkişafı Fondundan “Xəzər Xəbər”ə bildirildi ki, ictimai nəqliyyatda güzəştlərin tətbiqi Fondun səlahiyyətinə aid məsələ deyil və bu istiqamətdə qərarlar aidiyyəti dövlət qurumları tərəfindən qəbul olunur. Bununla yanaşı, Fondun həyata keçirdiyi "TələbəPlus" layihəsi çərçivəsində tələbələr ölkə üzrə 400-dən çox tərəfdaş vasitəsilə 75%-dək endirimlərdən yararlana bilirlər. Layihə tələbələrin gündəlik xərclərini optimallaşdırmağa və sosial imkanlarını genişləndirməyə xidmət edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
40
1
xezerxeber.az

2Sources