EN

Rusiyadan ŞOK QƏRAR: İnternet “blokadası” başladı

Rusiya mobil operatorları xaricdən qayıdan və ya 72 saat ərzində aktiv olmayan abonentlərin mobil internetini müvəqqəti olaraq bloklamağa başlayıblar.

Musavat.com xəbər verir ki, “Kommersant” nəşrinin məlumatına görə, belə hallarda istifadəçilər bir sutka ərzində nə mobil internetdən yararlana, nə də SMS göndərə bilirlər.

Rusiya Rəqəmsal İnkişaf Nazirliyi bu addımı “təhlükəsizliyin təmin olunması və pilotsuz uçuş aparatlarından müdafiə” məqsədi ilə izah edib. Qurum ilk 24 saatı “soyuqlaşma dövrü” adlandırıb.

Nazirliyin açıqlamasına görə, sim-kartın aktivləşdirilməsi üçün istifadəçi onun real şəxs tərəfindən istifadə olunduğunu təsdiqləməlidir.

photo_2025-11-10_20-22-41.jpg

Musavat.com

Chosen
39
2
musavat.com

3Sources