EN

Saat 18:00-dan sonra yemək ziyandır? - Açıqlama

Axşam yeməyi ilə bağlı yayılmış mif təkzib edilib.

Bizim.Media xəbər verir ki, bu barədə rusiyalı terapevt Yekaterina Ladıqina məlumat verib.
 

Ladıqina bildirib ki, "axşam saat 18:00-dan sonra yemək olmaz" fikri doğru deyil. Əslində vacib olan son yeməyin yatmazdan ən azı üç saat əvvəl qəbul olunmasıdır.


Həkim qeyd edib ki, ideal axşam yeməyi zülal və nişastalı olmayan tərəvəzlərlə zəngin olmalıdır, porsiya çəkisi təxminən 350 qram ola bilər. Məsələn, balıq və yaşıl salat, yaxud ağ ət və qaynadılmış tərəvəzlər tövsiyə olunur. Əgər yemək fastfud və ya şirniyyat olubsa, Ladıqina yatmazdan əvvəl qısa gəzintini məsləhət görüb.
 

Terapevt həmçinin qeyd edib ki, bəzi şəxslərə, məsələn, qlükoza dözümlülüyü pozulmuş insanlara, yuxu zamanı qan şəkərinin düşməməsi üçün yatmazdan əvvəl bir-iki qaynadılmış yumurta və ya bir ovuc qoz-fındıq yemək tövsiyə olunur.


Həmçinin, süd verən anaların yatmazdan əvvəl yemək yeməsi vacibdir ki, süd qidalandırıcı olsun və uşaq sakit yatsın. (Milli.az)

Bizim.Media

Chosen
21
50
bizim.media

10Sources