EN

ABŞ Sakit okeanda iki gəmiyə aviazərbə endirdi

BAKI, 10 noyabr. TELEQRAF

Ötən gün Prezident Trampın əmri ilə terror təşkilatlarına aid iki gəmiyə iki ölümcül zərbə endirilib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Pit Heqset bildirib:

"Kəşfiyyat məlumatına görə, bu gəmilər narkotik qaçaqmalçılığı ilə məşğul olublar. Hər iki zərbə beynəlxalq sularda həyata keçirilib və hər gəmidə üç narkoterrorçu olub. Onların altısı da öldürülüb. Amerika hərbçilərindən heç kim xəsarət almayıb. Prezident Trampın dövründə biz ölkəmizi müdafiə edir, ölkəmizə və xalqımıza zərər vurmaq istəyən kartel terrorçularını məhv edirik".

Chosen
45
teleqraf.com

1Sources